İran İsrailə ballistik raketlərlə hücuma başlayıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
"İsrail ordusu İrandan zərbələrin qeydə alındığını bildirib və bütün ölkə əhalisinə sığınacaqlara sığınmaq çağırışı edilib. İran Təl-Əviv də daxil olmaqla, İsrailin bir çox şəhərinə 1000-dən çox ballistik raket buraxıb", - məlumatda deyilir.