AZ

IV Beynəlxalq Bakı Piano Festivalı başlayır - Fotolar

Məlum olduğu kimi iyunun 14-dən 28-dək Bakıda IV Bakı Piano Festivalı keçiriləcək. Festival zamanı həm Azərbaycandan, həm də digər ölkələrdən tanınmış musiqiçilər konsert proqramı ilə çıxış edəcəklər.

Musavat.com bildirir ki, festivalla bağlı iyunun 13-də mətbuat konfransı keçirilib.

Tədbirdə tədbirdə Baku Piano Festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli, festivalın bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Nətavan Növrəsli, Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Montenegro,Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəni fəaliyyətlər üzrə müşaviri, Fransız İnstitutunun direktoru Şarl Denye, Avstriya səfirliyinin baş konsulu Gerhard Luts, PASHA Holdingin dövlət qurumları ilə əlaqələr departamentinin direktoru professor Nazim Səfərov, The Landmark Buildingin baş meneceri Mark Smit, YIĞIM Payment Systemin təsisçisi və direktoru Vüqar Cəfərov, INCRUISES şirkətinin marketinq direktoru Samirə Məlikbəyova, festivalda çıxış edəcək fransız caz ifaçısı Mina Aqossi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan festivalın rəhbəri Şahin Növrəsli bildirib ki, bu dəfəki festivalda 10 ölkədən musiqiçilər iştirak edəcək.
"Artıq 4 ildir ki, bu möhtəşəm layihəni həyata keçiririk. Bu dəfəki festivalda piano musiqisini sevənlər musiqinin bütün janrlarını dinləyə biləcəklər".

Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç ölkəsinin ilk dəfə bu festivalda iştirak etməsindən məmnunluğunu bildirib. Qeyd edək ki, Xorvatiyanı bu festivalda müğənni Lela Kaploviç təmsil edəcək.

Fransız caz ifaçısı Mina Aqossi ilk dəfə festivala dəvət almasından çox məmnun olduğunu və festivalın açılışında çıxış edəcəyini bildirib.

Qeyd edək ki, IV Bakı Piano Festivalı 14 iyunda Mina Agossi Quartet-in konserti ilə açılacaq, 28 iyunda isə Liz Rosa Quartet-in təqdimatında Braziliya musiqisi ilə başa çatacaq.

İki həftə davam edəcək festival çərçivəsində incəsənət tədbirləri, sərgilər, teatr tamaşası, ədəbiyyat müsabiqəsi və caz improvizasiya gecələri də keçiriləcək. Festivalın xüsusi fəxarət məqamı isə gənc istedadların çıxış edəcəyi We Are the Future (“Biz Gələcəyik”) konsertidir.

 

Xalidə Gəray
Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr