AZ

“İran İsrailə 100 ə yaxın raket atdı” KİV

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

İran İsraili raket atəşinə tutub.

Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

“Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır. Əhalidən mühafizə olunan ərazilərə sığınmaq və növbəti xəbərdarlığa qədər orada qalmaları xahiş olunur”, - İDF-nin bəyanatında deyilir.

“The Times of Israel” İsrail hərbi mənbəsinə istinadən yazır ki, İran İsrailə 100-ə yaxın raket atıb.

İsraildə hava hücumu sirenləri səslənir.

İranın “Al Alam” telekanalı xəbər verir ki, İran silahlı qüvvələri İsrailə qarşı cavab tədbirləri görməyə başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
yeniavaz.com

1Mənbələr