AZ

İsrailin hücumu: Pezeşkian təcili iclas keçirdi, tapşırıq verdi

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkianın sədrliyi ilə hökumətin İsrailin zərbələri ilə bağlı təcili iclası keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Pezeşkianın mətbuat xidməti məlumat yayıb.

“İclasda ölkədəki mövcud vəziyyət müzakirə edilib, icra strukturunun əhalinin yanacaq, dərman və digər zəruri vasitələrlə təmin edilməsinə hazır olduğu bildirilib, planlaşdırma aparılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, iyunun 13-də səhər tezdən İsrail İrana qarşı genişmiqyaslı hava zərbələrinə başlayıb. İranda nüvə və hərbi obyektlər vurulur, eyni zamanda yüksək rütbəli zabitlər və məşhur nüvə alimləri dəqiq zərbələrlə öldürülüb.

Aygün,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
www.bakupost.az

1Mənbələr