AZ

“Ermənilər müharibədə mülki obyektlərdən hərbi məqsədlərlə istifadə edib”

Elman Məmmədov: “Bakı Hərbi Məhkəməsində ortaya çıxarılan faktlar buna sübutdur”

“Ermənilər müharibədə mülki obyektlərdən hərbi məqsədlərlə istifadə edib. Bakı Hərbi Məhkəməsində ortaya çıxarılan faktlar buna sübutdur”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu faktlar Ermənistanın beynəlxalq hüquq və konvensiyalaırn tələblərini ciddi şəkildə pozduğunu göstərir:

“Ermənistan 44 günlük müharibədə mülki obyektlərdən , eləcə də təhsil müəssisələrindən hərbi məqsədlər üçün istifadə edib. Bu obyektlərdə müxtəlif tədbirlər, müşavirələr keçirib. Ermənistan bununla beynəlxalq hüquq və konvensiyaların da şərltərini kobud şəkildə pozub. Bu gün ortaya çıxan bu və digər faktlar bir daha sübut edir ki, Ermənistan öz məkirli məqsədinə nail olmaq üçün hər cür vasitədən istifadə edib, ən ləyaqətsiz üsullara belə əl atıb”.

Məlumat üçün qeyd edək ki, iyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 44 günlük müharibə vaxtı məktəbdə hərbi müşavirəyə qatıldığını təsdiqləyib, bununla bağlı videokadrlar nümayiş etdirilib.

Seymur ƏLİYEV

 

Seçilən
31
moderator.az

1Mənbələr