ain.az bildirir, Azpolitika.az portalına istinadən.
İran ordusu İsrailin hücumlarına cavab vermək üçün bütün gücünü tətbiq edəcək.
“Fars” agentliyi xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei xalqa müraciətində bildirib.
“İsrail bu cinayətdən zərərsiz xilas olmayacaq. İran xalqı əmin ola bilər ki, bu sahə diqqətdən kənarda qalmayacaq. Silahlı qüvvələr güclə hərəkət edəcək və sionist rejimini bədbəxt edəcəklər” - Xamenei müraciətində deyib.
Xamenei vurğulayıb ki, xalq İranın heç bir güzəşt etməyəcəyini şübhə etməməlidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.