AZ

Ətri boyuna vurmaq təhlükəli imiş

Yayda ultrabənövşəyi işığın təsiri altında boyuna vurulan ətir dəridə qızartı, səpgi və hətta qıcıqlanmaya səbəb ola bilər. Üstəlik, bu, piqment ləkələrinin görünməsinə gətirib çıxara bilər.

Qaziler.az bu barədə “Pravda.Ru”ya istinadla xəbər verir.

Ətirlərin tərkibində olan ftalatlar, efir yağları və spirt dəri ilə müntəzəm təmasda allergik reaksiyalara səbəb ola bilər. Bundan əlavə, boyuna çəkilən ətir davamlı olaraq buxarlanır və insan gün ərzində onun ətrini içinə çəkir. Tənəffüs yollarının müntəzəm olaraq uçucu maddələrə məruz qalması zamanla həssaslığın artmasına səbəb ola bilər.

Daha yaxşısı ətiri paltar və ya saça vurmaqdır. Biləklərinizə də ətir çəkə bilərsiniz. Bu daha təhlükəsiz və daha praktikdir. Bu şəkildə qoxu daha sabit qalacaq.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr