İranın İsrailə hücumu davam edir. İsrail ordusu İsrail ərazisinə onlarla əlavə raket atıldığını bildirir.
Ölkə.Az xəbər verir ki, X sosial şəbəkəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi bəyanatında deyilir: "Bütün İsrail atəş altındadır".
İsrail tərəfinin bildirdiyinə görə, havada İran mərmilərinin yeni dalğaları, o cümlədən ballistik raketlər və ehtimal ki, pilotsuz təyyarələr aşkar edilib. Hava hücumundan müdafiə sistemləri gücləndirilmiş rejimdə işləməyə davam edir.
Qeyd edək ki, İran əməliyyata "Ağır cəza" adı verib.