“Atletik”in vingeri Niko Uilyams yaxın vaxtlarda “Barselona”ya keçə bilər. Msport.az xəbər verir ki, Kataloniya klubunun futbolçusu Lamin Yamal sosial şəbəkədəki paylaşımında buna işarə vurub.
Yamal İspaniya millisinin heyətində Niko ilə qucaqlaşdığı şəkili paylaşıb. Qeyd edək ki, mətbuatda N.Uilyamsın “Barsa” ilə danışıqlar aparması barədə xəbərlər yayılıb.
22 yaşlı oyunçu yaxın günlərdə “Barselona” ilə müqavilə bağlaya bilər.