AZ

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olacaq

Bakı. Trend:

47 yaşlı Cennaro Qattuzo futbol üzrə İtaliya yığmasının başməşqçisi təyin olunacaq.

Trend xəbər verirki, Qattuzo ilə İtaliya Futbol Federasiyası arasında danışıqlarartıq yekunlaşıb. O, bu vəzifədə bir neçə gün əvvəl istefayagöndərilən Luçano Spalettini əvəz edəcək.

Tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq. Yığma dünyaçempionatının final mərhələsinə vəsiqə qazansa, müqavilənin müddətiavtomatik olaraq uzadılacaq.

Qattuzonun məşqçi heyətində veteran futbolçular Leandro Bonuççivə Andrea Bartsali də yer alacaq.

Qeyd edək ki, Cennaro Qattuzo iyunun 5-də Xorvatiyanın "Hayduk"klubunun baş məşqçisi postundan ayrılıb. Komanda onun rəhbərliyiilə ölkə çempionatını 3-cü pillədə tamamlayıb.

Seçilən
38
az.trend.az

1Mənbələr