AZ

Tərtərdə 89 yaşlı qadın dəm qazından zəhərləndi

Tərtərdə 89 yaşlı qadın dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində - Rövşən Kərimov küçəsində baş verib. Hamam otağında ikən müvazinətini itirən 1936-cı il təvəllüdlü Quliyeva Zemfira Şahvələd qızı  yerə yıxılıb. Yıxıldığı zaman yapışmaq istədiyi qaz açarı zədələnib və dəm qazı içəri dolub. Zəhərlənmiş  vəziyyətdə xəstəxanaya çatdırılan ahıl qadının durumu həkimlərin müdaxiləsi nəticəsində stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
17
unikal.az

1Mənbələr