İranın ballistik raketi İsrail Müdafiə Nazirliyinin Tel-Əvivdəki qərargahına düşüb.
AzPost bildirir ki, bu barədə İsrailin Kanal 13 telekanalı məlumat yayıb.
İranın ballistik raketlərinin düşməsindən sonra İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında yanğın baş verib.
Qüdsdə də partlayışların olduğu bildirilir.
İran mediası iddia edir ki, İsrail ordusunun bütün hərbi və siyasi rəhbərliyinin yerləşdiyi Kiryadakı əsas komandanlıq məntəqəsi hücuma məruz qalıb.
Qeyd edək ki, İran İsfahan və Şirazdakı mövqelərdən İsrailə 150-dən çox ballistik raket atıb
Raketlərin əksəriyyəti İsrailə yaxınlaşır.
Ölkə daxilində hava hücumu sirenləri səslənir, əhali dərhal qoruyucu strukturlara sığınmağa və əlavə göstərişlər alınana qədər orada qalmağa çağırır.
Sığınacaqları tərk etməyə yalnız mülki müdafiə komandanlığının rəsmi icazəsindən sonra icazə verilir.