AZ

ABŞ-də sabahkı parad təxirə salına bilər


İyunun 14-də Amerika ordusunun ildönümü şərəfinə Vaşinqtonda keçiriləcək hərbi parad tufan səbəbindən ləğv edilə və ya təxirə salına bilər.

News24.az “Qafqazinfo” istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun nümayəndəsi Stiven Uorren “The Times” qəzetinə müsahibəsində bildirib.

Bildirilir ki, parad günü yağış və tufan gözlənilir. Stiven Uorren vurğulayıb ki, paradın keçirilməsində hər hansı dəyişiklik olarsa, əvvəlcədən məlumat veriləcək.

Seçilən
10
6
news24.az

7Mənbələr