İstanbulun Arnavutköy və Fatih rayonlarında narkotik istehsalçılarına qarşı keçirilən əməliyyatda 2 milyon 535 min 680 narkotik həb ələ keçirilib, saxlanılan 3 şübhəlidən 2-si həbs edilib.
Redaktor.az xəbər verir ki, İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi əməkdaşları 10 iyun tarixində Fatihdə bir ünvana təşkil olunan əməliyyatda 3 şübhəlini yaxalayıb.
Daha sonra şübhəlilərin sintetik dərman istehsalı üçün istifadə etdikləri Arnavutköydəki digər ünvana basqın edilib.
Axtarış zamanı 2 milyon 535 min 680 sintetik dərman həb, 810 min boş kapsul, 266 kilo sintetik dərman istehsalında istifadə olunan kimyəvi maddə, 7 elektron cihaz, 1 tapança və 8 güllə ələ keçirilib.
Kənan YUSİF