Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
Bizim.Media - nın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərində Təbriz küçəsində baş verib.
Qəza zamanı “Mercedes”, "Hyundai” və BMW markalı avtomobillər toqquşub.
Nəticədə BMW-nin sürücüsü, 40 yaşlı Zamiq İsmayılov və "Mercedes"in sürücüsü 25 yaşlı Kənan Nəsirli xəsarət alıblar. Hər iki yaralı Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta