Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian və İsrail baş naziri Benyamin Netenyahu ilə telefon danışığı aparıb.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin İsrailin zərbələri nəticəsində həlak olanlar, o cümlədən mülki şəxslərlə bağlı İran rəhbərliyinə və xalqına başsağlığı verib.
Rusiya prezidenti Pezeşkianla söhbətində Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Qeyd edib ki, Rusiya İran və İsrail arasında münaqişənin deskalasiyasına töhfə verməyə davam edəcək
Pezeşkian isə İsrailin İran ərazisinə zərbələrə görə İrandan “müvafiq cavab” alacağanı söyləyib.