Cennaro Qattuzo futbol üzrə İtaliya yığmasının baş məşqçisi təyin olunacaq.
"Unikal" xəbər verir ki, 47 yaşlı mütəxəssislə ölkə futbol federasiyası arasında danışıqlar yekunlaşıb.
O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Luçano Spalettini əvəz edəcək. Tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq. İtaliya millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağı təqdirdə razılaşmanın müddəti artırılacaq. Cennaronun məşqçi heyətində Leandro Bonuççu və Andrea Bartsali kimi veteran futbolçular yer alacaqlar.
Qeyd edək ki, Qattuzo iyunun 5-də "Hayduk"un baş məşqçisi vəzifəsindən azad edilib. Komanda onun rəhbərliyi ilə Xorvatiya çempionatını 3-cü pillədə başa vurub.