AZ

Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları APARDI

İsrailin İrana qarşı hərbi əməliyyatından sonra regionda vəziyyətin kəskin gərginləşməsi fonunda Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian və İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya lideri bildirib ki, Moskva İsrailin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd hərəkətlərini pisləyir.
O xatırladıb ki, Rusiya uzun illər ardıcıl olaraq İranın nüvə proqramı ətrafında vəziyyətin sülh yolu ilə həllini müdafiə edib, qarşılıqlı məqbul həll yollarının tapılması üçün konkret təşəbbüslər irəli sürüb.
İsrailin baş naziri ilə söhbətində Putin danışıqlara qayıtmağın və gücdən əl çəkməyin vacibliyini vurğulayıb. O, Rusiyanın gərginliyin daha da artmasının qarşısını almaq üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
Kreml həmçinin bildirib ki, Rusiya tərəfi bütün region üçün ən fəlakətli nəticələrlə dolu olan vəziyyətin həllinə yönəlmiş həm İran, həm də İsrail rəhbərliyi ilə sıx təmasları davam etdirəcək.

Seçilən
55
23
unikal.az

10Mənbələr