"İnter Mayami"nin müdafiəçisi Jordi Alba hücumçu Lionel Messi ilə münasibətindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispan futbolçu bu barədə jurnalistlərə açıqlamasında bildirib
"Uzun illərdir ki, soyunub-geyinmə otağını paylaşırıq. İki il idi ki, ayrı idik, amma sonra burada yenidən görüşmək fürsəti yarandı. Hər birimizin nə düşündüyünü anlamaq üçün bizə yalnız bir baxış lazımdır. Birlikdə çoxlu qollar vura bildiyimiz üçün şanslıyıq. Belə bir bağ yaratmaq çox asandır və mən bütün zamanların ən böyük oyunçusu ilə eyni sırada dayanmağı şərəf hesab edirəm.
Mən həmişə demişəm ki, Leo oynadığı istənilən komandanı təkmilləşdirir və o, məni daha yaxşı oyunçu edib. Ona çoxlu assistlər edə bildiyi üçün təşəkkür etməliyəm. Günün sonunda hər bir oyunçu öz statistikasını yaxşılaşdırmağa çalışır. Ümid edirəm ki, biz daha uzun illər birlikdə oynamağa davam edə biləcəyik”