Bakı. Trend:
Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatıdavam edir. Bu gün sərbəst güləş üzrə 5 çəkidə mübarizə startgötürüb.
Trend xəbər verirki, 48 kq çəki dərəcəsində yarışan Rəvan Həsənzadə Polşadan olanPrzemislav Mrozekə 7:0, Slovakiyadan Attila Hegedusa isə 10:0hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Rəvan yarımfinaldaTürkiyədən Sadık Ateşoğullarını 6:2 hesabı ilə məğlub edib. O,sabah finalda Ermənistan təmsilçisi Artak Ağabekyanlaqarşılaşacaq.
55 kq-da mübarizə aparan Ruslan Əlizadə Slovakiyadan İvanJaksıkaya 10:0, Belarusdan Qleb Piatrova isə 4:2 hesabı ilə qalibgələrək yarımfinala çıxıb. Ruslan erməni idmançı Armen Papikyanı8:4 məğlub edərək finala vəsiqə qazanıb. O, finalda rusiyalı MaxaçAbdullayevlə üz-üzə gələcək.
65 kq-da Tunar Nəsibov Rumıniyadan İstvan Naqiyə 7:6 hesabı iləqalib gəlsə də, 1/8 finalda Ukraynanın İvan Zaliskoyuna 1:12 hesabıilə uduzub. Rəqib finala yüksəldiyi üçün Tunar sabah təsəllivericigörüşdə Gürcüstandan Saba Tkemaladze ilə güləşəcək.
80 kq-da Əli Hacıyev Ermənistan təmsilçisi Avet Enqoyanı 4:3hesabı ilə məğlub etsə də, 1/4 finalda Böyük Britaniyadan MarshallConsa 0:10 hesabı ilə uduzub.
110 kq-da Hakim Tağıyev Rumıniyadan Sebastyan Braileskuya"tuş"la, Bolqarıstandan Halil Sadakova isə 3:0 hesabı ilə qalibgələrək yarımfinala yüksəlib. Yarımfinalda Gürcüstan idmançısıMurtaz Baqdavadzeyə 0:2 hesabı ilə uduzub. Hakim sabah bürünc medaluğrunda Macarıstandan Qyoerqi Juhas və Latviya təmsilçisi ErnestsStabins arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.