AZ

Putin Netanyahu və Pəzeşkiyanla DANIŞDI

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu və İran prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Bizim.Media xəbər verir ki, Putin İsrailin baş naziri ilə söhbətində İsrail-İran ziddiyyətlərinin sülh yolu ilə həll olunmasının və danışıqlar prosesinə qayıdılmasının vacibliyinə diqqət çəkib.

Putin Netanyahu ilə söhbətində vurğulayıb ki, Rusiya BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan İsrailin hərəkətlərini qınayır.

Bundan əlavə, Rusiya lideri İran prezidenti Pəzeşkiyanla da telefon danışığı aparıb. O, İran rəhbərliyinə və xalqına başsağlığı verib. Rusiya lideri Pəzeşkiyanla söhbətində qeyd edib ki, Rusiya İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə nizamlanmasını dəstəkləyib.

Rusiya prezidenti bildirib ki, Moskva gələcəkdə də İran və İsrail arasında gərginliyin azalmasına töhfə verməyə davam edəcək.

Bizim.Media

Seçilən
39
2
bizim.media

3Mənbələr