“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo “Esports World Cup 2025″in səfiri olub.
Publika.az xəbər verir ki, bu barədə portuqaliyalı forvard şəxsi sosial şəbəkəsində açıqlama verib:
“Esports World Cup”ın qlobal səfiri olduğum üçün qürur duyuram. Maneələri aşan və yeni nəsli ruhlandıran kiberidmançılarla bir yerdə olmaq mənim üçün şərəfdir”, – deyə beşqat “Qızıl top” sahibi bildirib.
EWC-2025 turniri 8 iyul – 24 avqust tarixlərində Ər-Riyadda keçiriləcək. Dünya kubokunun mükafat fondu 70 milyon dollardan çoxdur.