İsrail Müdafiə Qüvvələri İranın İsfahan bölgəsində yerləşən nüvə obyektinə hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qırıcıların artıq hücumu başa çatdırdığı bildirilir.
“Obyektdə zənginləşdirilmiş uranın "rekonversiya" prosesi aparılırdı. Bu, nüvə silahının istehsalı prosesində uranın zənginləşdirilməsindən sonrakı mərhələ hesab olunur”, - məlumatda deyilir.
Hücum nəticəsində metal uran istehsalı qurğusu, zənginləşdirilmiş uranın emalı üçün infrastruktur, laboratoriyalar və digər infrastruktur məhv edilib.