Brüssel, 13 iyun, AZƏRTAC
Azərbaycan-NATO enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun Baş katibinin İnnovasiya, Hibrid və Kibertəhlükəsizlik üzrə müavini Ceyms Appaturay ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, NATO-nun mənzil-qərargahında reallaşan görüşdə Azərbaycan–NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının, eləcə də Aİ-nin enerji təhlükəsizliyinə töhfəsi, yaşıl enerjiyə keçid və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel