AZ

Dayısının köməyinə getdi, yolda avtomobil vuraraq öldüVİDEO

Dayısının köməyinə gedən bacıoğlunu minik avtomobili vuraraq öldürüb.

Xezerxeber.az xəbər verir ki, ağır qəza Ələt-Astara magistralının Masallıdan keçən hissəsində baş verib. Lerikin Pirasora kənd sakini, 66 yaşlı Teyyub Bağırov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən Bakının Binə qəsəbə sakini, 28 yaşlı Elçin Mustafayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücünün sözlərinə görə, piyada qəfil onun qarşısına çıxıb. Hətta onu vurduqdan sonra görüb.

Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı şöbəsinə təhvil verilib.

Məlumata görə, hadisə nəticəsində ölən Elçin Mustafayevin dayısının maşını nazsazlıq səbəbindən yolda qalıb. O da dayısının avtomobilini düzəltmək üçün köməyə gedib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
45
xezerxeber.az

1Mənbələr