ABŞ İrana zərbə endirmək üçün İsrailə yüksəkdəqiqlikli kəşfiyyat məlumatları verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubio cümə günü İsrailin İran ərazisinə endirdiyi zərbələrdə ABŞ-nin əli olmadığını təsdiqləyib və qeyd edib ki, Vaşinqton sadəcə İsrail tərəfindən İrana zərbələr barədə məlumatlandırılıb.
Telekanalın verdiyi məlumata görə, İsrailin İrana zərbələri davam edəcək və yaxın bir neçə gün ərzində "çox intensiv" olacaq.