AZ

İsrail İsfahanda nüvə obyektinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri İranın İsfahan şəhərindəki nüvə obyektinə zərbələr endirib.

Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Xəbərə görə, İranın mərkəzində yerləşən İsfahan şəhərində güclü partlayış baş verib.

“Bir neçə dəqiqə əvvəl İsfahanda güclü partlayış səsi eşidilib”, – agentliyin qısa məlumatında deyilir. Hadisənin təfərrüatları barədə hələlik məlumat yoxdur.

İsfahan İranın ən böyük şəhərlərindən biridir və ölkənin nüvə proqramı ilə bağlı bir neçə obyektin yerləşdiyi əyalətdə yerləşir.

AzPost.az

Seçilən
28
azpost.info

1Mənbələr