AZ

Mingəçevirdə üç avtomobil toqquşdu: Xəsarət alanlar var

Mingəçevir şəhərində "Mercedes", "Hyundai" və BMW markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Kənan Nəsirli və "Hyundai" markalı nəqliyyat vasitəsinin sürücüsü, 1985-ci il təvəllüdlü Zamiq İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
37
2
demokrat.az

3Mənbələr