AZ

Putin Netanyahu ilə danışdı

  Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Referans xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Putin İsrail və İran arasında mövcud ziddiyyətlərin sülh yolu ilə həll olunmasının vacibliyinə diqqət çəkib və tərəfləri danışıqlara qayıtmağa çağırıb.

“İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi və diplomatik vasitələrlə həllinin vacibliyi vurğulandı”, – Kremlin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl İsrail Baş nazirinin mətbuat xidməti Netanyahunun Putinlə İran ərazisinə endirilən zərbələrlə bağlı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirmişdi./Globalinfo.az  

Seçilən
14
referans.az

1Mənbələr