İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqerinin qızı Fərəştə Baqerinin həyatını itirdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, yayılan məlumata görə, Fərəştə Baqeri ölkənin rəsmi hərbi informasiya agentliklərindən biri olan “Defa Press”də jurnalist kimi fəaliyyət göstərirmiş.
İddialara əsasən, o, atası general Baqeri ilə birlikdə baş verən son hücum zamanı həlak olub.
Hadisə ilə bağlı rəsmi təsdiq hələlik verilməyib.
Natiq Səlim,
KONKRET.az