Klaudio Ranyeri imtina etdikdən sonra Cennaro Qattuzo İtaliya millisinin baş məşqçi postuna əsas namizədə çevrilib.
Sportinfo.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis yığmanın idman direktoru Canluici Buffonla bu haqda müzakirə edib.
Görüş müsbət keçib və Qattuzo təklifi qəbul etməyə hazır olduğunu bildirib. Qattuzo eyni zamanda, yaxın günlərdə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə birbaşa danışıqlar aparacaq.
Qattuzo iyunun 5-də Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi postunu tərk edib. İtaliyalı məşqçi karyerası ərzində “Marsel”, “Valensiya”, “Napoli”, “Milan” və digər komandalara da rəhbərlik edib.
İtaliya millisinin DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin iki turundan sonra 3 xalı var və üçüncü yerdədir.