AZ

“2025 - Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirildi - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "2025 - Konstitusiya

və Suverenlik ili" çərçivəsində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirildi.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Yeni Azərbaycan
Partiyası Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Daha sonra Ulu Öndər
Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyev və Qurtuluş günü ilə bağlı video çarxın nümayişi təqdim edildikdən
sonra çıxış üçün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev,
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, 91-lərin nümayəndəsi, siyasi elmlər doktoru,
professor Vüqar Rəhimzadə,Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə
Həşimova səhnəyə dəvət olunub.

Daha sonra Səbail rayon Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə fəxri fərman və üzvlük
vəsiqələrinin təqdim olunma mərasimi başlayıb.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı
və Rəqs ansamblının Xor qrupu (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının
Xalq artisti Ağaverdi Paşayev, xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti
Naala Baratelia) dirijor Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynova
rəhbərliyi ilə solistlər - Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova
(xanəndə), Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova (xanəndə),
Xəyyam Məmmədov (kamança), İlahə Əfəndiyeva (soprano), Televiziya Muğam
Müsabiqəsinin laureatları Orxan Hüseynli (xanəndə), Səbinə Ərəbli (xanəndə), Sədəf
Budaqova (xanəndə), Vəfa Vəzirova (xanəndə),Sərxan Bünyatzadə (xanəndə), Rövşən Əziz
(xanəndə), Rəvanə Qurbanova (xanəndə), Taleh Yahyayev (bariton) dinləyicilər qarşısında
çıxış edib.

Proqramda Azərbaycan bəstəkar və xalq mahnıları səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
17
1
milli.az

2Mənbələr