AZ

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Amerikalı oyuncaq nəhəngi “Mattel” süni intellekt texnologiyalarını məşhur məhsullarına tətbiq etmək üçün “OpenAI” ilə yeni tərəfdaşlıq elan edib.

Valyuta.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Barbie”, “Uno” və digər brendlərə generativ AI funksiyaları əlavə olunacaq. İlk AI-lə təchiz edilmiş məhsulun 2025-ci ilin son rübündə satışa çıxarılması planlaşdırılır.

“Mattel” bu əməkdaşlıqla “OpenAI”ın ən son təqdim etdiyi “o3” modellərinə birbaşa çıxış əldə edir, lakin personajlar və brendlər üzərində tam hüquqi nəzarəti özündə saxlayır. Şirkətin franşiza rəhbəri Coş Silveman bu texnoloji sıçrayışın “oyunu yenidən təsəvvür etmək” imkanı yaratdığını bildirib.

Əməkdaşlığın əsas hədəfi post-pandemiya dövründə azalan oyuncaq satışlarına yeni nəfəs verməkdir. Xüsusilə 2023-cü ildə “Barbie” filminin qazandırdığı 1,4 milyard dollarlıq uğur fonunda “Mattel” bu impulsu qorumaq istəyir.

Lakin bu, şirkətin AI texnologiyasına ilk müraciəti deyil. 2015-ci ildə istifadəyə verilmiş “Hello Barbie” kuklasında ciddi məlumat təhlükəsizliyi problemləri yaşanmışdı. Bu səbəbdən bu dəfə təhlükəsizlik və məxfilik tədbirləri ön plandadır. “OpenAI” yeni modellərində uşaqlara uyğun texnoloji və etik çərçivələrin qurulduğunu bildirir.

Mütəxəssislər hesab edirlər ki, uğurlu nəticə əldə olunarsa, “LEGO”, “Hasbro” və hətta “Disney” kimi şirkətlər də oxşar addımlar ata bilər.

Sərvanə Rəmixanova

Seçilən
38
valyuta.az

1Mənbələr