AZ

Voleybol millilərimiz Xorvatiya və Lüksemburqa uduzdular

Azərbaycanın voleybol üzrə kişilərdən və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, qadınlardan ibarət komandamız Qızıl Avropa Liqasında Xorvatiya ilə üz-üzə gəlib.

Xorvatiyanın Zadar şəhərində təşkil olunmuş qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya isə 1:3 hesabı ilə uduzmuşdu.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilmiş görüş Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzmuş (0:3), Gürcüstan seçməsini isə məğlub etmişdi – 3:0.

Komandamız növbəti oyununu iyunun 15-də Macarıstan yığmasına qarşı keçirəcək. Sabah isə Lüksemburq və Macarıstan kollektivləri üz-üzə gələcəklər.

Avropa Qızıl Liqası (qadınlar)
13 iyun
3-cü tur (Xorvatiya)

Azərbaycan – Xorvatiya 1:3 (25:19, 15:25, 17:25, 20:25)

Avropa Gümüş Liqası (kişilər)
13 iyun
2-ci tur (Azərbaycan)

Lüksemburq – Azərbaycan 3:0 (25:20, 25:19, 25:21)

Seçilən
28
arena.az

1Mənbələr