AZ

Millinin futbolçusu “Araz-Naxçıvan”a keçə bilər

“Səbail”lə müqaviləsi başa çatan Mert Çelik karyerasına “Araz-Naxçıvan”da davam edə bilər.

FutbolPress“in əldə etdiyi məlumata görə, komandanın baş məşqçisi Elmar Baxşıyev cinah müdafiəçisinin transferini istəyib. Mert özü də Azərbaycanda qalmağa müsbət yanaşır.

“Səbail” Premyer Liqada başa çatan mövsümü sonuncu sırada bitirib və elitanı tərk edib. Komanda yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Azərbaycan millisinin də üzvü olan Çelik “dənizçilər”lə 34 oyuna çıxıb.

Şahin Cəfərov

Seçilən
29
futbolpress.az

1Mənbələr