İran mediası ölkənin ali lideri Ayətullah Əli Xameneinin yaxın dəqiqələrdə televiziya vasitəsilə xalqa müraciət edəcəyi və mümkün hərbi əmri elan edəcəyi barədə məlumat yayıb.
KONKRET.az xəbər verir ki, mənbələrin iddiasına görə, müraciət zamanı Xamenei İsrailə qarşı cavab hücumunun başlanmasına dair əmr verə bilər.
Bu, regionda gərginliyin daha da artacağına dair ciddi siqnallar kimi qiymətləndirilir.
Məsələyə dair rəsmi təsdiq hələlik yoxdur.
Natiq Səlim,
KONKRET.az