Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin bütün İsrail-İran ziddiyyətlərinin sülh yolu ilə həllinin və danışıqlar prosesinə qayıtmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirir.