AZ

59 yaşlı usta binadan yıxılaraq öldüVİDEO

Usta işlədiyi binadan yıxılaraq ölüb.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Ağdaşda, rayonun mədəniyyət evinin binasında təmir-bərpa işləri aparılan zaman baş verib. Mingəçevir sakini, 59 yaşlı İmadəddin Əbdülrəhimov binanın tavanında işləyərkən qəfildən müvazinətini itirib və yıxılıb.

Ağır bədən xəsarətləri alan İmadəddin Əbdülrəhimov ətrafdakı insanların köməyi ilə Ağdaş Rayon Mərkəzi əstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı "Təbib"dən "Xəzər Xəbər"ə bildirilib ki, 59 yaşlı şəxs Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Ona sağ saidin yuxarı üçdə birinin açıq yerdəyişən sınığı, döş qəfəsinin çoxsaylı sınıqları, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib. Vəziyyəti ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 15:00 radələrində ölüm faktı qeydə alınıb. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
57
xezerxeber.az

1Mənbələr