BAKI, TurkicWorld
Yəməndən İsrail ərazisinə çoxsaylı ballistik raket atılıb.
TurkicWorld xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun İrana hava zərbələri endirdiyi bir vaxtda, Yəməndən İsrailə qarşı ballistik raket hücumu həyata keçirilib. Hücum nəticəsində İsrailin bir sıra bölgələrində fövqəladə vəziyyət elan olunub və təhlükə xəbərdarlıq siqnalları səsləndirilib.