AZ

İsrailin Şərqi Azərbaycan vilayətinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb

İsrailin İranın Şərqi Azərbaycan vilayətinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb, azı 35 nəfər yaralanıb.

APA xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi vilayətin fövqəladə hallar idarəsinə istinadən məlumat verib.

"Hücumlar nəticəsində 18 vətəndaş həlak olub, 35-i yaralanıb", - agentliyin məlumatında deyilir.

Yerli mətbuat daha əvvəl İsrailin Tehranın yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 78 nəfərin öldüyünü, 329 nəfərin isə yaralandığı haqda məlumat yaymışdı.

Seçilən
35
6
apa.az

7Mənbələr