AZ

Simeone klublararası dünya çempionatında nəyə ümid edir?

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone 15 iyun - 13 iyul aralığında ABŞ-də təşkil ediləcək klublararası dünya çempionatından öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Qrup oyunlarının nə dərəcədə çətin olacağını hamımız bilirik. Üç güclü rəqibə qarşı mübarizə aparmalıyıq. Pley-offa yüksəlməyin xəyallarını qururuq. Gerisini zaman göstərəcək.

Bu turnir UEFA Çempionlar Liqasından çox fərqlənir. Burada hər rəqiblə dünya çempionatındakı kimi, bir oyun keçirməlisən. Təcrübəmə əsasən deyim ki, yaxşı formada olan komandanın uğur qazanmaq ehtimalı daha şox olacaq. Vaxtında hərəkət etməyi bacarsan, istəyinə çatacaqsan".

Nihat

Seçilən
9
fanat.az

1Mənbələr