ain.az, Azpost portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp İsrailin İrana endirdiyi zərbələrdən sonra regional müharibənin başlaya biləcəyi ehtimalından narahat deyil.
AzPost-un məlumatına görə, o, bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.
Trampın sözlərinə görə, ABŞ hələ də iyunun 15-də Tehranın nüvə proqramı ilə bağlı danışıqların yeni raundunu keçirməyi planlaşdırır. Lakin prezident onların baş tutacağına əmin olmadığını bildirib. Tramp həmçinin deyib ki, İsrailin zərbələrindən sonra İranın hələ də işlək nüvə proqramı olub-olmadığı aydın deyil.
Ağ Ev rəhbəri iddia edir ki, İsrailin son məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
İsrail cümə günü gecə saatlarında İrana zərbələr endirib. Əməliyyatın hədəfi İslam Respublikasının nüvə obyektləridir. İsrail Hərbi Hava Qüvvələri Natanz və Fordoda uranın zənginləşdirilməsi obyektlərinə, Kirmanşah və Xürrəmabaddakı raket bazalarına, həmçinin Tehran, İsfahan, Təbriz və İranın digər iri şəhərlərinə zərbələr endirib.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.