AZ

Türkiyə təhlükəsizlik tədbirlərini gücləndirdi

İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda Türkiyə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə çatdırıb və bölgə ölkələri ilə diplomatik əlaqələri intensiv şəkildə davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazir Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər, baş qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalının da iştirakı ilə keçirilən və əsas mövzusu İsrailin İrana hücumları olan görüşün nəticəsi barədə “X” hesabında yazıb.

Onun sözlərinə görə, proseslərin əvvəlindən bəri İran, İraq, İordaniya, ABŞ kimi ölkələrlə təmaslar həyata keçirilir.

Nazir qeyd edib ki, Türkiyə bölgədəki gərginliyi yaxından izləyir və milli təhlükəsizliklə bağlı bütün mümkün ssenarilərə hazırdır.

Seçilən
5
publika.az

1Mənbələr