AZ

“Qərara gəldik ki...” - Sədr planları bizə açıqladı

“Azərbaycan Futbol Hakimləri İctimai Birliyi 2003-cü ildə yaranıb. Yarandığı gündən hakimliyin inkişafına dəstək prinsipi ilə tədbirlər təşkil edib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında sözügedən birliyin sədri Gülağa Cabbarov deyib.

İyunun 14-dən başlayaraq Bakıda Tofiq Bəhramovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə turniri keçiriləcək.

Yarışı təşkil edən Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin rəhbəri məlum turnir barədə açıqlama verib:

“Bu il mərhum hakimimiz Tofiq Bəhramovun 100 yaşı tamam olur. Bəhramovun xatirəsini əziz tutmaq və bu adı gələcək nəsillərə daşımaq üçün ilboyu silsilə tədbirlər keçirməyi qərara almışıq.

Yanvardan başlayaraq bu yöndə müəyyən işlər görülüb. Qərara gəldik ki, yay aylarında, Azərbaycan futbolunda fasilə yaranan dövrdə minifutbol turniri keçirək.

Həvəskar komandalara müraciət edəndən sonra 12 komandanın iştirakı ilə yarışın təşkilinə çalışdıq. Püşkatma mərasimi baş tutdu və artıq iyunun 14-də birinci turun oyunlarına start veriləcək.

İlin sonuna qədər Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş tədbirlərimiz davam edəcək. Dekabr ayında elmi konfrans keçirməyi planlaşdırırıq”.

HƏBİB

Seçilən
13
sportinfo.az

1Mənbələr