AZ

39 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

İngiltərənin "Brayton" klubu müqaviləsi başa çatan Ceyms Milnerlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingiltərəli yarımmüdafiəçini komandada saxlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ceyms Milner 2023-cü ilin yayından "Brayton"da çıxış edir. İngiltərə millisinin sabiq üzvü ötən mövsüm "qağayılar"ın heyətində 4 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
6
sportal.az

1Mənbələr