AZ

İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?

Cennaro Qattuzo İtaliya millisinin yeni baş məşqçisi ola bilər. Msport.az xəbər verir ki, İtaliya Futbol Federasiyası 47 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlamağı planlaşdırır.

Mənbənin sözlərinə görə, “skuadra adzurra” dünya çempionatına vəsiqə qazansa, Qattuzonun müqaviləsi uzadılacaq.

Onun məşqçilər korpusuna Leonardo Bonuççi və Andrea Bardzalyinin də daxil olması gözlənilir.

Qeyd edək ki, Boanuççi iyunun 5-də “Hayduk”un baş məşqçi postunu tərk edib. İtaliya millisinin sabiq üzvü karyerası ərzində “Marsel”, “Valensiya”, “Napoli”, “Milan” kimi klubları çalışdırıb.

 

Seçilən
3
msport.az

1Mənbələr