AZ

İqor Tudor “Yuventus”da qaldı - Rəsmi

İtaliyanın “Yuventus” klubunun rəhbərliyi “byankoneri”nin 47 yaşlı xorvat baş məşqçisi İqor Tudor ilə müqaviləsinin müddətini uzuadıb.

Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Müqavilə daha bir il müddətinə uzadılması imkanını ehtiva edir.

İqor Tudor “Qoca sinyora”nı cari ilin mart ayında qəbul edib. Xorvat mütəxəssis “byankoneri”nin sükanı arxasında 42 yaşlı braziliyaəsilli italyan mütəxəssis Tyaqo Mottanı əvəzləyib.

Bu qısa müddətdə Tudor “Yuventus”u 9 oyuna çıxarıb, 5 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət yaşayıb, top fərqi isə 13:7 nisbətindədir.

Tudor “Yuventus” rəhbərliyinin mövsümə əsas tapşırığını – “byankoneri”ni növbəti mövsümün UEFA Çempionlar Liqasına daşımağı gerçəkləşdirə bilib.

Xatırladaq ki, “Yuventus” İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünü 70 xalla 4-cü yerdə başa vurub.

Seçilən
43
arena.az

1Mənbələr