İranın nüvə proqramına qarşı əməliyyatın hazırlanması əmri 2024-cü ilin noyabrında verilib.
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.Sənəd məndədir. Bu, İranın nüvə proqramının faktiki olaraq yox edilməsi əmridir”, - Netanyahu deyib.
Onun sözlərinə görə, əməliyyata başlamaq qərarı İsrail ordusunun 2024-cü ilin sentyabrında Livanda “Hizbullah” partiyasının baş katibi Həsən Nəsrullah başda olmaqla, qruplaşmanın rəhbərliyinin aradan qaldırmasından qısa müddət sonra verilib.