AZ

"Qızıl top" mükafatının namizədləri avqustun 7-də açıqlanacaq

Məşhur fransız jurnalı və “Qızıl top” mükafatının təsisçisi olan "France Football" 2025-ci il mükafatına namizədləri 7 avqust tarixində açıqlayacaq.

Operativ Media xəbər verir ki, “Qızıl top”  təqvim ilinin ən yaxşı futbolçusuna təqdim olunan, jurnal tərəfindən təsis edilmiş nüfuzlu fərdi futbol mükafatıdır. Bu mükafat futbolçular üçün ən əhəmiyyətli fərdi mükafat hesab olunur. 1956-cı ildə "France Football" jurnalının keçmiş baş redaktoru Qabriel Hanot tərəfindən təsis edilib. “Qızıl top”un ilk qalibi ingilis hücumçu Stenli Metyus olub.

Ötən mövsümdə bu mükafat “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodriyə təqdim olunub.

Seçilən
24
operativmedia.az

1Mənbələr