AZ

“Mançester Siti” oyunlara biletlərin qiymətlərini ucuzlaşdırdı

“Mançester Siti” 2025/2026-cı illər mövsümü üçün “şəhərlilər”in ev oyunlarına biletlərin qiymətlərini ucuzlaşdırıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş qiymətlər adi oyunlara, həmçinin əsas rəqiblərlə oyunlara şamil edilib. İndi biletlər müxtəlif kateqoriyalara bölünüblər: görüşün səviyyəsindən asılı olaraq, ən ucuz qiymətlər 30-40 funt-sterlinq məbləğ civarında, ən baha qiymətlər isə 50-60 funt-sterlinq məbləğ civarında dəyişirlər.

Həmçinin uşaqlar, gənclər, yaşlı azarkeşlər və əlil insanlar üçün müxtəlif güzəştlər nəzərdə tutulub. Uşaqlar üçün 50% endirim, qalan dəstələr üçün isə 25% enidirim nəzərdə tutulub.

Təsirli dəyişikliklər əsasən, “şəhərlilər”in, əzəli rəqibləri – “Liverpul” və “Mançester Yunayted”lə oyunlarına biletlərin qiymətlərində nəzərə çarpıb. Bu oyunlara biletlərin qiymətləri ən azı 43%-ə, ən çoxu is 22%-ə endirilib.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümündə o qədər də uğurlu çıxış etməyib. Buna baxmayaraq, Xosep Qvardiolanın komandası növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmağı bacarıb.

Seçilən
21
1
arena.az

2Mənbələr